İnsanlara hürriyət, millətlərə istiqlal!

Azad olunan ərazilərdə işləyən şəxsdən narkotik götürülüb

302 09.12.2021 16:25 Kriminal A A


Xocavənd Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində üzərində narkotik vasitə olan şəxs aşkar edilərək məsuliyyətə cəlb edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Musavat.com-a verilən məlumata görə, daxil olan məlumat əsasında Xocavənd RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Xızı rayon sakini Namiq Novruzov saxlanılıb.

İşğaldan azad edilmiş ərazilərdə tikinti işləri ilə məşğul olan şirkətlərdən birinin əməkdaşı olan N.Novruzovun üzərinə baxış keçirilən zaman narkotik vasitə olan marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı Xocavənd RPŞ-də araşdırma aparılır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR