Türkiyəli aktyor Kubilay Aka sevgilisi Hafsanur Sancaktutan ilə ayrılması barədə yayılan iddialara münasibət bildirib.
Aktyor münasibətlərinin davam etdiyini açıqlayıb.
“Əlaqəmiz davam edir, heç bir problem yoxdur. Münasibətlər sosial mediada yaşanmır”, – deyə Kubilay Aka bildirib.
Qeyd edək ki, cütlüyün bir müddətdir sosial şəbəkədə birlikdə paylaşım etməməsi ayrılıq xəbərlərinə səbəb olmuşdu. (Axşam.az)






