Şənbə və bazar günləri ərzində ABŞ-la İran arasında hərbi toqquşmaların kəskinləşməsi, Hörmüzdə gəmilərin hərəkətinə təhdidlərin artması fonunda neft bazarı yeni həftəyə ciddi qiymət artımı ilə başlayıb.
Musavat.com xəbər verir ki, Londonun ICE birjasında Brent neftinin qiyməti 2 dollardan çox artmaqla 90 dolları keçib.
Nyu-Yorkun NYMEX birjasında WTI neftinin qiyməti isə 1,8 dollar bahalaşaraq 84,3 dollara çatıb.
Musavat.com






