İnsanlara hürriyət, millətlərə istiqlal!

Ayrapetyandan Azərbaycanla bağlı QƏRİBƏ İDDİA 

2360 19.12.2023 17:42 Son xəbər A A

“Azərbaycanda qanunvericiliyə edilən yeni dəyişikliklərə əsasən, “hərbi texnikanın hərəkəti ilə bağlı məlumat yayan şəxsləri 8 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir”. Bundan başqa, “mediada qoşunların və texnikanın hərəkəti barədə məlumat yaymaq qadağan olunub””.

Musavat.com xəbər verir ki, bu cümlələr Ermənistanın Azərbaycanşünas alimi Tatevik Ayrapetyanın sosial şəbəkədəki statusunda əks olunub.

Erməni ekspert buna görə Azərbaycanın yeni hərbi əməliyyatlara başlaya biləcəyi qənaətinə gəlib.

“Azərbaycan ermənilər və Ermənistanla sülh dövrünə hazırlaşmır, əksinə, adətən hərbi əməliyyatlar başlamazdan əvvəl atılan addımları həyata keçirir”, - deyə Ayrapetyan qeyd edib.

Qeyd edək ki, hərbi texnikaların hərəkəti ilə bağlı məlumatların yayılmasına məhdudiyyət qoyulması yalnız savaş dövrünə aid tədbir sayılmır. Görünür, Azərbaycanın bir hərbi maşınının səsi belə erməniləri qorxuda bilir. Necə deyərlər, qorxan gözə çöp düşər.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR