İnsanlara hürriyət, millətlərə istiqlal!

AXCP-dən BAŞQA İSTEFALAR DA VARMIŞ

1202 09.09.2009 08:52 Siyasət A A
Nəymiş məsələ? AXCP-nin daha üç məşhur siması bu partiyanı tərk ediblər. AXCP sədrinin müavini teoloq-alim Nəriman Qasımoğlu, bu təşkilatın Rəyasət Heyətinin üzvləri - ünlü sənətçimiz Akif İslamzadə və tanınmış iqtisadçı Zöhrab İsmayıl xeyli vaxt öncə partiyadan istefa ərizəsi yazaraq, siyasətdən uzaqlaşıblar...
Beləliklə, məlum olur ki, AXCP-nin məşhur Əli Kərimli (Yurd) komandası tamamilə təşkilatı tərk etmiş, onların yerləri isə hələ də doldurulmamışdır.
Müxbirimiz adıçəkilən üç nəfərdən biri ilə danışmış, istefanın və ondan sonrakı susqunluğun səbəbini soruşmuşdur. Cavab belə olub: “Bu, çoxdankı xəbərdir. Üçümüz də eyni anda yox, fərqli vaxtlarda istefa vermişik. Səbəbləri barədə danışmaq istəmirəm. Mətbuata da məlumat verməyə lüzum görmədik... ”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR