İnsanlara hürriyət, millətlərə istiqlal!

AXCP-də Fatimə Mövlamlının üstündə dava düşüb?

1821 19.07.2019 18:27 Son xəbər A A

 

Jurnalist Rövşən Rəsulov facebook səhifəsində AXCP-nin AXC-nin 30 illiyi ilə bağlı keçirdiyi tədbirdə dava düşməsinə dair informasiya paylaşıb.

Onun paylaşımını sosial şəbəkədə Musavat.com-un əməkdaşı da görüb. Rövşən Rəsulov yazıb:

“AXCP-də qız üstündə qırğın

Çəkilin, Makedonla Namiq dava edəcək

AXCP-nin 30 illik yubileylə bağlı partiya tərəfindən təşkil edilən tədbirlər qalmaqalsız ötüşməyib. Məsələn, Vidadi Mirkamalın bağ evində təşkil edilən ziyafətdə ciddi dava-dalaş baş verib. Belə ki, AXCP sədrinin xüsusi “diqqət və qayğı” ilə yanaşdığı Fatimə Mövlamlının ziyafətə dəvət edilən qonaqların arasında olması partiyanın Cəlilabad Rayon Təşkilatının sədri Təzəxan Miələmi özündən çıxarıb. O, yumruğunu masaya vuraraq ayağa qalxıb və “bu ləçəri bura kim dəvət edib” - deyə bağırıb.

IMG-20190719-WA0010.jpg (43 KB)

Fatimə Mövlamlı Əli Kərimli və Gültəkin Hacıbəyli ilə birgə

AXCP-çilər Təzəxanı sakitləşdirməyə çalışsalar da, o, susmayıb, Fatimə Mövlamlının polisin agenti olduğunu, hər ay Azərbaycan hökumətindən pul aldığını hayqırıb. Bu zaman AXCP-çilərdən biri yavaşca Təzəxanın qulağına tərəf əyilib və pıçıldayıb ki, “Təzəxan çox da şey eləmə, Əli bəy özü gətizdirib Fatiməni”. Bunu eşidən Təzəxan daha artıq qeyzlənib, Əli Kərimlini partiyanın dəyərlərinə, üzvlərinə hörmətsizlik etməkdə günahlandırıb. Hətta əsəblərinə hakim ola bilməyərək daha da irəli gedib və “elə Əli bəy də Fatimə Mövlamlının tayıdır” deyib... Beləliklə münaqişə daha da dərinləşib. Sonra baş verənləri təsvir etmək etik qaydalara sığmadığı üçün yazmırıq. Ümumiyyətlə, aydın olur ki, AXCP də üzvlərin bir-birini həzm edə bilməmək mərəzi hələ çox davalara səbəb olacaq, necə deyərlər bu xəmir hələ çox su aparacaq”.


Musavat.com

IMG-20190719-WA0007.jpg (157 KB)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR