İnsanlara hürriyət, millətlərə istiqlal!

Avroviziya təmsilçilərimiz Avropa səhnələrinə çıxıblar-FOTOLAR  

597 19.04.2023 16:07 Şou-biznes A A


Azərbaycanı bu il Avroviziya mahnı müsabiqəsində təmsil edən TuralTuranX (Tural və Turan Bağmanovlar) Avropa səhnələrinə çıxıblar.

Musavat.com-a verilən məlumata görə, gənclər Amsterdam və London şəhərində yüzlərlə Avroviziya həvəskarları qarşısında çıxış ediblər.

Bu kimi konsertlər hər il müsabiqədən öncə müxtəlif şəhərlərdə təşkil olunur. Tural və Turan üçün bu, artıq 1-ci çıxış deyil - onlar aprelin 3-də İsrailin Təl-Əviv şəhərində “Tell me more” mahnısını canlı ifa ediblər. Qeyd edək ki, ifaçılar bu tədbirlər çərçivəsində press-konfranslarda, fərdi müsahibələrdə və hətta ağacəkmə kampaniyasında iştirak edirlər.


Nigar HƏSƏNLİ,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR