İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropaya Hörmüz şoku: Oman qərarını verdi - "Pul ödəməli olacaqsınız!"

855 26.06.2026 20:40 Dünya A A

Oman hakimiyyəti Avropa ölkələrinə xəbərdarlıq edib ki, Hörmüz boğazından keçid pullu ola bilər. Buna səbəb kimi ABŞ-nin İrana qarşı hərbi əməliyyatından əvvəl mövcud olan status-kvoya qayıtmağın artıq qeyri-mümkün olması göstərilir.

Musavat.com xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi öz mənbələrinə istinadən məlumat yayıb.

Məlumata görə, Oman rəsmiləri beynəlxalq dəniz hüququna riayət etməyə davam edəcəklərini vəd ediblər.

Bununla belə, onlar qeyd ediblər ki, boğazın çirklənmədən təmizlənməsi və ya gəmilərin naviqasiyasına kömək göstərilməsi kimi xidmətlərə görə ödəniş tələb oluna bilər.

"Bloomberg" qeyd edir ki, bu ödənişlərin nə dərəcədə məcburi xarakter daşıyacağı hələlik tam aydın deyil.

Mənbələrin bildirdiyinə görə, Oman hazırda dünyanın digər regionlarında, o cümlədən Asiyadakı Malakka boğazında gəmiçiliyin tənzimlənməsi üçün istifadə olunan sistemləri araşdırır.

Qeyd edək ki, sözügedən boğazda gəmilərin keçidi üçün məcburi ödənişlər tətbiq edilir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR