İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropada HƏYƏCAN - 6 NATO ölkəsi Rusiyaya görə qırıcıları HAVAYA QALDIRDI

973 22.04.2026 13:35 Son xəbər A A

NATO-nun 6 üzv dövləti Rusiya Aerokosmik Qüvvələrinə məxsus iki ədəd "Tu-22M3" uzaqmənzilli bombardmançı təyyarəsinin Baltik dənizi üzərində görünməsinə cavab olaraq qırıcılarını havaya qaldırıb.

Musavat.com "The Associated Press" (AP) agentliyinə istinadən xəbər verir ki, Rusiya hərbi təyyarələrinə qarşı əməliyyatda bir neçə ölkə iştirak edib.

Agentliyin məlumatına görə, Litvadakı aviabazadan havaya qalxan Fransanın "Rafale" qırıcıları Rusiya bombardmançılarını müşayiət etmək üçün əməliyyata qoşulublar. Missiyada Fransa ilə yanaşı, İsveç, Finlandiya, Polşa, Danimarka və Rumıniya hərbi hava qüvvələrinin təyyarələri də iştirak edib.

Hadisənin Baltik dənizi regionunda gərginliyin artdığı bir dövrə təsadüf etməsi diqqət çəkib. 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR