İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropa nazirləri Rusiya pullarından Ukrayna üçün daha aktiv istifadəni müzakirə edəcəklər

359 05.06.2024 01:50 Dünya A A

ABŞ və onun tərəfdaşları Rusiyanın dondurulmuş aktivlərinin müsadirə edilməsi yollarının müzakirəsində irəliləyiş əldə edir.

Musavat.com xəbər verir ki, bu barədə ABŞ maliyyə nazirinin beynəlxalq maliyyə üzrə köməkçisi Brent Nayman məlumat açıqlayıb.

Onun sözlərinə görə, Qərb ölkələri “dondurulmuş Rusiya aktivlərindən Ukraynanı dəstəkləmək üçün istifadə etməyin bütün mümkün yollarını nəzərdən keçirir”. O xatırladıb ki, Avropa İttifaqı Rusiya aktivlərindən əldə etdiyi gəliri Kiyevə göndərmək qərarına gəlib: “Yalnız bu mühüm və innovativ yanaşma Ukraynaya ildə milyardlar qazandıracaq, lakin biz indi Ukraynaya daha çox vəsait təmin etmək üçün bu yanaşmanın inkişaf etdirilməsi yollarını nəzərdən keçirməkdə irəliləyiş əldə edirik. Ukraynaya qısa müddətdə kömək etmək üçün əhəmiyyətli məbləğdə kredit vermək və bu kreditin qaytarılmasını gələcək gəlirlərin həcmi ilə əlaqələndirmək”.

Naymana görə, Avropa İttifaqının qərarı Ukraynaya yardım göstərmək üçün Rusiya aktivlərindən istifadə imkanına yaxındır və “bu, əslində, heç bir şəkildə, məsələn, Rusiyanın aktivlərinin müsadirə edilməsini nəzərdə tutmur”: “Bu faiz ödənişləri Rusiyaya aid deyil və buna görə də bu illik gəlirləri Ukraynanın xeyrinə yönəltmək üçün çox maraqlı bir təklif irəli sürdülər və onun həyata keçirilməsində irəliləyiş əldə etdilər”.
“Bu yanaşma Kiyevə ildə 3-5 milyard dollar gəlir gətirəcəkmi” sualına o, belə cavab verib: “Bu, bir çox amillərdən asılıdır, faiz dərəcəsi, məzənnə onlardan yalnız biridir”.

Nayman əlavə edib ki, G7 ölkələri Rusiya aktivlərindən istifadənin bir neçə yolunu nəzərdən keçirir, onlardan biri dondurulmuş Rusiya aktivlərindən gələcək gəlirlər müqabilində qısamüddətli kredit verməkdir.

Reuters agentliyi yüksək vəzifəli məmurlara istinadən məlumat yayıb ki, Aİ ölkələrinin maliyyə nazirləri Yeddilik Qrupunun (G7) təklifi ilə iyunun 5-də Rusiya Bankının dondurulmuş aktivlərinin Ukraynaya kömək məqsədilə istifadəsini müzakirə edəcəklər. Mənbənin sözlərinə görə, Aİ-nin maliyyə nazirləri Ukraynanın 50 milyard dollara yaxın krediti tez bir zamanda almasına imkan yaratmaq üçün Qərbdə dondurulmuş Rusiya aktivlərindən istifadə etmək təklifi ilə bağlı videokonfrans keçirəcəklər: "Mən videokonfransdan konkret nəticə gözləmirəm. Mən bunu daha çox G7 liderlərinin gələn həftə keçiriləcək sammiti ərəfəsində hərarətin yoxlanılması kimi görürəm".

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR