İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropa kuboku: “Vüqar Həşimov” klubu 4-cü turu da qələbə ilə başa vurub

261 14.11.2019 06:36 İdman A A

Monteneqroda şahmat üzrə klublararası Avropa kubokunun dördüncü turunun oyunları keçirilib.

AZƏRTAC xəbər verir ki, növbəti turda “Vüqar Həşimov” klubu Rusiyanın “Molodejka” komandasına 4:2 hesabla qalib gəlib. Digər komandamız “Odlar Yurdu” isə Kiyev Şahmat Federasiyasının yığmasına 1:3 hesabı ilə məğlub olub.

Qeyd edək ki, “Vüqar Həşimov” klubu ötən turların hamısını qələbə ilə başa vurub. Belə ki, klub Belçikanın “Fonteine” komandasına 5:1, Sloveniyanın “Maribor” yığmasına 4,5:1,5, Rusiyanın “Primorsky District” klubuna isə 3,5:2,5 hesabla qalib gəlib. Digər komandamız “Odlar Yurdu”nun aktivində 1 qələbə, 2 heç-heçə və 1 məğlubiyyət var.

“Vüqar Həşimov” klubunun heyətində Rauf Məmmədov, Vüqar Əsədli, Ülvi Sadıqov, Anar Allahverdiyev, Aydın Süleymanlı, Əhməd Əhmədzadə və ukraynalı qrossmeyster Nataliya Buksa, “Odlar Yurdu” komandasının heyətində isə Günay Məmmədzadə, Ülviyyə Fətəliyeva, Xanım Balacayeva, Gülnar Məmmədova və Zeynəb Məmmədyarova yer alıblar.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR