İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropa İttifaqı Rusiya taxılına əlavə rüsum tətbiq edəcək

537 19.03.2024 14:49 Dünya A A

Avropa Komissiyası yaxın günlərdə Rusiya və Belarusdan taxıl idxalına hər ton üçün 95 avro rüsum tətbiq edə bilər.

Musavat.com xəbər verir ki, bu barədə məlumatı “Financial Times” məlumatlı mənbələrə istinadən yayıb.

Mənbələr bildiriblər ki, bu, ən azı 50 faiz qiymət artımına səbəb olacaq. Bundan əlavə, Avropa Komissiyası yağlı toxumların və onların emal məhsullarının tədarükü ilə bağlı da əlavə rüsumlar tətbiq edə bilər.

FT qeyd edir ki, 2023-cü ildə Rusiya Aİ-yə bu məhsullardan 4 milyon ton tədarük edib ki, bu da ümumi Avropa tələbatının təxminən 1 faizinə bərabərdir.

Kreml “Financial Times” qəzetinin Avropa İttifaqının (Aİ) Rusiya və Belarusdan taxıla rüsumlar tətbiq etmək planları haqqında dərcini görüb və onları təhlil edəcək.

Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə bildirib: “Biz bu mesajları gördük. Bunun nə dərəcədə və hansı zaman çərçivəsində həyata keçiriləcəyini, ümumiyyətlə həyata keçirilib-keçirilməyəcəyini təhlil etməliyik. Onda biz əlbəttə ki, bəzi nəticələr çıxaracağıq”.

Rusiya Taxıl İxracatçıları İttifaqının İdarə Heyətinin sədri Eduard Zernin birliyin Teleqram kanalında bəyan edib ki, Rusiyanın taxıl məhsullarının ixracı Avropa İttifaqının Rusiya və Belarusdan taxıl üçün nəzərdə tutulan rüsumların tətbiqindən heç nə itirməyəcək:

“Rusiya tərəfindən kənd təsərrüfatı məhsullarının ixracına planlaşdırılan qadağadan heç kim xüsusilə uduzmayacaq. Ancaq bəzi Avropa emalçıları üçün Rusiya kənd təsərrüfatı məhsullarının idxalına qadağa son dərəcə xoşagəlməz ola bilər. İlk növbədə, söhbət kənd təsərrüfatı məhsullarının İtaliya və İspaniya kimi bazarlarından gedir. Kənd təsərrüfatı bitkilərinin ixracı baxımından Avropa İttifaqı hədəf bazarımızdan daha çox rəqibimizdir”.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR