İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropa İttifaqı Rusiya maye qazı ilə bağlı mühüm izahat yaydı

685 19.06.2026 09:50 İqtisadiyyat A A

Avropa Komissiyası gələn ildən Rusiya maye qazına tətbiq ediləcək qadağalarla bağlı xüsusi izahat yayıb.

Musavat.com "Reuters" agentliyinə istinadən xəbər verir ki, açıqlamaya əsasən, 2027-ci ildən etibarən Aİ əməliyyat şirkətlərinə hətta Aİ xaricindəki alıcılara belə, Rusiya mayeləşdirilmiş təbii qazının satışı qadağan ediləcək.

Avropa Enerji Komissarı Den Yorgensenin ofisinin Poten and Partners şirkətinə göndərdiyi məktubda deyilir: "Qərar şirkətlərə Rusiya mayeləşdirilmiş təbii qazının üçüncü ölkələrə satılmasını və ticarətini qadağan edir, çünki Rusiya mayeləşdirilmiş təbii qazının Aİ üçün nəzərdə tutulub-tutulmamasının heç bir fərqi yoxdur".

Reuters izah edir ki, Aİ  2027-ci ilə qədər Rusiya qazının idxalını dayandırmaq üçün səs versə də, Rusiya mayeləşdirilmiş təbii qaz təchizatı üçün uzunmüddətli müqavilələri olan bir neçə Aİ şirkəti bir nüansı qeyd edib. Şirkətlər bildiriblər ki, yuxarıda qeyd olunan qaydalar Rusiyaya qarşı sanksiyalarla birlikdə, şirkətlərin bu yükləri Aİ xaricindəki alıcılara yönləndirə bilib-bilməyəcəkləri sualına dəqiq cavab vermir.

Avropa Komissiyasının məktubunda izah olunur ki, LNG qadağası kontekstində, son təyinat yerindən asılı olmayaraq, Avropa İttifaqı operatorları tərəfindən Rusiya LNG-sinin daşınması qadağandır.

"Reuters" həmçinin əlavə edib ki, ötən il Aİ ölkələri Rusiya Arktikasındakı Yamal LNG layihəsindən 14,94 milyon metrik ton maye qaz idxal edib. Bu rəqəmin bu il artacağı gözlənilir.

Fransa şirkəti TotalEnergies, Almaniyanın SEFE və İspaniyanın Naturgy şirkətlərinin hamısının uzunmüddətli satış müqavilələri var.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR