İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropa İttifaqı 2 ildə Ukrayna aqrar məhsullarının idxalında 19 milyard avro itirib

349 26.02.2024 23:58 Dünya A A

2022-2023-cü illərdə Ukrayna ilə ticarətin liberallaşdırılmasından Avropanın kənd təsərrüfatı sektorunun itkiləri 19 milyard avro təşkil edib.

Bu barədə Avropa İttifaqının kənd təsərrüfatı üzrə komissarı Yanuş Voyçexovski Aİ Şurasının kənd təsərrüfatı nazirləri səviyyəsində iclasının yekunlarına dair mətbuat konfransında bildirib.

O, həmçinin qeyd edib ki, iki il ərzində Aİ ilə Ukrayna arasında ümumi ticarət balansı Avropa İttifaqı üçün müsbət olub və Avropa iqtisadiyyatına da 19 milyard avro gəlir gətirib: "Ukrayna ilə ticarətimizin statistikasını təhlil etdim. Maraqlıdır ki, 2022-2023-cü illərdə Aİ-nin 27 ölkəsinin Ukraynaya bütün ixracı 69 milyard avro, ümumi idxal isə təxminən 50 milyard avro təşkil edib ki, bu da Avropa iqtisadiyyatı üçün 19 milyard avro qazanc deməkdir. Lakin kənd təsərrüfatı sektorunda vəziyyət tamam başqadır. Aİ-nin Ukraynaya 2 il ərzində kənd təsərrüfatı məhsullarının ixracı 6 milyard avro, idxalı 25 milyard avro təşkil edib. Beləliklə, Avropa kənd təsərrüfatı sektoru 19 milyard avro itkiyə məruz qalıb. Bizim fermerlərimiz bunu ödəyiblər. Bu, Ukrayna ilə ticarətin liberallaşdırılmasının qiymətidir, lakin əsasən müharibənin qiymətidir”.

Avropa komissarı vurğulayıb ki, münaqişədən əvvəl Ukrayna ixracatının böyük hissəsi Asiya və Afrikaya, o cümlədən Misir, Hindistan, İndoneziya və Çinə gedib. O, Ukrayna ixracatının ənənəvi bazarlara yönləndirilməsinə imkan verəcək tədbirlərin işlənib hazırlanmasına çağırıb.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR