İnsanlara hürriyət, millətlərə istiqlal!

"Atletiko" Simeone ilə bağlı qərarını verdi

1072 22.09.2022 13:46 İdman A A

"Atletiko" baş məşqçisi Dieqo Simeoneni istefaya göndərməyəcək.

Qol.az xəbər verir ki, bu barədə "AS" nəşri məlumat yayıb. Bildirilib ki, mütəxəssisin rəhbərlik qarşısında böyük etimadı var. Hazırda onun istefasından söhbət gedə bilməz. Lakin rəhbərlik komandanın bu mövsümdəki nəticələrinə görə məyusdur.

Klub mövsümün sonuna qədər Simeoneyə vəziyyəti düzəltmək üçün vaxt və fürsət vermək niyyətindədir. "Atletiko" çempionat zamanı məşqçi dəyişməyi planlaşdırmır.

Qeyd edək ki, Madrid təmsilçisi La Liqada 10 xalla 7-ci pillədə qərarlaşıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR