İnsanlara hürriyət, millətlərə istiqlal!

Aslan İsmayılov xəngəl qonaqlığında AXCP sədrinə nələr deyib - ilginc iddia

7038 25.02.2020 08:55 Gündəm A A

Hüquqşünasla  Əli Kərimli və tərəfdarları arasında virtual savaş özünüifşa prosesinə çevrilir

Hüquqşünas Aslan İsmayılovla AXCP sədri Əli Kərimli arasında virtual savaş başlayıb. Cəbhəçilər hüquqşünası hakimiyyətə bağlı olmaqda ittiham  edir. 

A.İsmayılov öz facebook səhifəsində bu statusla video paylaşıb: “İllərdir barəmdə böhtan yağdıranlar, Əli Kərimli, onun ətrafı kimdir və mən, Aslan İsmayılov kiməm? Əminəm ki, tarix hamıya layiq olduğu qiyməti gec-tez verəcək”.

Videoda hüquqşünas vaxtilə Ə.Kərimlinin hakimiyyətlə işbirliyində olduğunu, 2002-ci ildə bundan imtina etdiyini söyləyib. Hətta bu səbəbdən AXCP liderinin parlamentdə aşağılandığını bildirib.

O, Milli Şura sədri Cəmil Həsənlini də ən sərt formada tənqid edib.

 

AXCP funksioneri İlham Hüseyn ile ilgili görsel sonucu

AXCP funksioneri İlham Hüseyn isə ona belə cavab verib: “Yalançı namərddir, cəbhəçilərin təhqirini göstərməsən, dovşansan”.

AXCP mətbuat xidmətinin rəhbəri Natiq Ədilov ile ilgili görsel sonucu

AXCP mətbuat xidmətinin rəhbəri Natiq Ədilov isə feysbuq profilində hüquqşünasa geniş status həsr edib ki, həmin statusun əsas hissəsini təqdim edirik: “Aslan İsmayılova 10 dəqiqəlik video həsr etdim. Onun difteriyaya yoluxmuş daxili aləmindən izləyicilərin ödü qarışmasın deyə, çox epizodik söz açmışdım.

Yüz mindən artıq insan bir günün içində o videoya diqqət ayırdı və yazılan minlərlə şərhdə həmrəylik nümayiş etdirərək, maskası düşən İsmayılovun altdan çıxan çox sifətinə əlaqədar reaksiya göstərdilər".

Fuad Qəhrəmanlı ile ilgili görsel sonucu

AXCP sədrinin müavini Fuad Qəhrəmanlı isə “Aslanın danışması xeyirdir, yoxsa susması?” başlıqlı bu statusu paylaşıb: “2012-ci il bugünkü kimi yadımdadır. 31 yanvarda qarlı bir gündə, Novxanıda Rəsulzadənin anım mərasimində bizimlə birgə iştirak edən Aslan İsmayılov, tədbirdən sonra partiya rəhbərliyini evinə xəngəl qonaqlığına dəvət etdi. Əli bəy, mən və Kamil Vəli Nərimanoğlunun iştirakı etdiyi qonaqlıqda ev sahibi kimi ilk sözü də Aslan İsmayılov dedi. Dedi ki, ”hakimiyyətdə görüşdüyü mühüm adamlar ona deyiblər ki, digər müxalif liderlərlə məsələni danışıb həll ediblər. Yeganə lider Əli Kərimlidir ki, hakimiyyət onu özünə təhlükə görür və çox qorxur. "Ardınca da, Aslan İsmayılov o zaman, biz müavinlərinin belə Əli bəy haqqında demədiyi tərifi deyib, ilk badəni onun şərəfinə qaldırmağı təklif etdi. İndi isə bu çoxüzlü insan Əli bəyin və onun ətrafındakıların haqqında, sözün əsil mənasında ağzına gələnləri danışıb, onsuz da yırtılmış maskasını tamam çıxardı".

Hüquqşünasla AXCP liderinin davası haqlı olaraq, bir sıra müzakirələr yaradıb. Vaxtilə yaxın münasibətləri olan hər iki şəxs arasında qəfil gərginliyin yaranması, Ə.Kərimlinin çevrəsinin A.İsmayılovu hakimiyyətlə bağlılıqda ittiham etməsi, eyni ittihamın hüquqşünas tərəfindən ortaya atılması ciddi suallara yol açıb.

Yeganə Hacıyeva ile ilgili görsel sonucu

Siyasi şərhçi Yeganə Hacıyeva məsələnin kökündəki mətləblərə toxundu: “Ümumiyyətlə, siyasi proseslərin də bütün digər sahələrdə olduğu kimi, özünəməxsus təbiəti və qanunauyğunluqları var. Bu və ya digər maraqlar ətrafında siyasi qrupların və ya ictimai simaların mövsümi birləşməsi və ya eyni ilə bu və ya digər mövzu ətrafında kəskin fikir ayrılıqlarının olması siyasi proseslərə xas olan bir xüsusiyyətdir. Hər bir siyasi qrup öz fikirlərini özlərinin və ya onların cəmiyyət arasındakı fikir formalaşdıran agentlərinin nitqindən, saytlarından, sosial media üzərindən hesablarından və s. kimi internet resurslarından paylaşması istər Azərbaycanda, istərsə də dünyanın bütün yerlərində adi praktikadır. Bunu təxminən həmin qrupun öz fikrinin cəmiyyətə yeridilməsi və ya qarşı qrupun fikirlərinin inkar olunmasına yönəlik təbliğat adlandıra bilərik. Bu təbliğat Azərbaycanda da çox geniş yayılıb. Bəzən prosesdən tamam məlumatsız, orada baş verənləri ikinci və ya üçüncü şəxsin fikirlərindən öyrənən bir sıra şəxslərin o proseslər haqqında doğru olmayan, pafosla dolu bir qalmaqallı təqdimatının şahidi oluruq. Sual ünvanladığınız məsələdə, istər birinci ittiham edən tərəfin, istər də ikinci müdafiə olunan tərəfin arqumentlərini dinlədim.

Öncəliklə onu deyim ki Aslan İsmayilov və onun internet resursları həqiqətən də Azərbaycanda fikir formalaşmasında işlək bir mexanizmə malikdir. Onu özünün doğru saydığı məqamları, dostlarını və ya qrup maraqlarına toxunan məsələləri qalmaqalla ictimailəşdirən bir ictimai sima adlandıra bilərik. Eyni ilə qarşı tərəf də, AXCP internet resurslarının ruporu sayılan Natiq Ədilovu da paylaşdığı məqamlarda daha çox Azərbaycan cəmiyyətinin fikrinin yayındırılması, öz maraqlarının reallıq olaraq təqdim edilməsi kimi qalmaqallı bir internet resurs simasi adlandıra bilərik. Hər nə qədər də kontras mövqelərdə dursalar da, iki resurs-tərəfin ortaq maraqlara görə bir göz qırpımında birləşməsini cəmiyyət olaraq dəfələrlə izləmişik. Hər iki resurs öz təbliğatını aqressiv yeridilmə üsulları ilə cəmiyyətə həqiqət olaraq diktə edir, ancaq əgər hər ikisinin cəmiyyət üçün faydalılıq dəyərləndirilməsini aparsaq etiraf etmək lazımdır ki Aslan İsmayılovun təqdimatlarının faydalılıq əmsalı daha yüksəkdir. Lakin ictimai sima olaraq dəyərləndirsək, öz təbliğatını iştirakçısı olduğu tarixi və ya siyasi hadisələri uydurma və yalan faktlar, arqumentlərlə əsaslandırmağa çalışan Aslan İsmayılov öz mövqeyini gücləndirmək üçün tarixi siyasi hadisələri təhrif etməkdən çəkinmir.

Özünün haqqında reallığa uyğun olmayan tarixi faktlar, siyasi hadisələr və s. kimi manipulyasiya vasitələrinə əl atır. Hər iki qrupun təbliğatı cəmiyyətə yönəlik manipulyasiya və yayındırma məqsədi güdsə də, AXCP qrupunun təbliğatı daha təhlükəli, siyasi proseslərin konstruktiv və pozitiv həllinə yönəlik deyil, dağıdıcı məcralara yönəlməsi üçün aparılan təbliğat kimi dəyərləndirirəm. Bütün bunların isə əsas səbəbini, əlbəttə, televiziya və digər KİV vasitələrinə tətbiq olunan qadağalar və cəmiyyətə yönəlik informasiya blokadası ilə əlaqələndirirəm. Cəmiyyətin televiziyalardan internet resurslara daşınmasında bu məqam həlledici rol oynadı. TV-lərdəki səviyyəsiz aparıcıların bayağı mövzularına maraq göstərməyən cəmiyyət internet resurslarda siyasi mövzuların özünəməxsus interpretasiyasını üstün tutdu”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR