İnsanlara hürriyət, millətlərə istiqlal!

İran polisi daha bir gənci başından güllələyərək qətlə yetirdi - FOTO, VİDEO

8006 23.08.2021 15:38 Dünya A A

İran polisi Loristan vilayətinin Əliqudarz rayonu sakini Həyatullah Əbdini başından güllələyərək qətlə yetirib.

Musavat.com İran telegram kanallarına istinadən xəbər verir ki, heyvandarlıqla məşğul olan gənc avtomobillə hərəkət edərkən polis ona “dayan” əmri verib.

 

Lakin Həyatullah Əbdi polisin əmrini eşitmir. Bundan sonra İran polisi gəncin maşınına tərəf, birbaşa onun baş nahiyəsini nişan alaraq atəş açıb. Nəticədə o, həyatını itirib.

Qeyd edək ki, İran polisinin ölkə vətəndaşlarını güllələyərək qətlə yetirməsinə dair video və görüntülər tez-tez yayılır.

Toğrul İSMAYIL,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR