İnsanlara hürriyət, millətlərə istiqlal!

“Artıq Ağdamdan Xankəndiyə girilib, nəyi gözləyirik?”

1084 15.09.2023 16:56 Siyasət A A

“Nikol Paşinyanın “Politico” TV-yə verdiyi müsahibə Ermənistanın son vaxtlar sərgilədiyi siyasətin bəzi məqamları haqqında fikir söyləməyə ipucu verir”.

Bunu Musavat.com-a açıqlamasında politoloq Qafar Çaxmaqlı bildirib.

qafar.png (544 KB)

Rəsmi İrəvanın ziddiyyətli, sülhü tormozlayan mövqeyindən bəhs edən professor deyib ki, Ermənistan rəhbəri danışıqlar prosesinə vaxt uzatmaq kimi baxır və hansı formatda olur-olsun, bu prosesin sülhlə nəticələnməsini istəmir: “Təklif olunan formatlara ciddi baxmadığını da ifadə etməkdən çəkinmir. Beynəlxalq birlikdən Qarabağ ermənilərinə “tam təhlükəsiz yaşamaq və haqlarına şərəfli sayqı” alana qədər bu işi uzatmaq fikrində olduğunu bildirir. Baş nazir yenə köhnə bayanatını səsləndirir: Azərbaycan burada etnik təmizləmə və soyqırım həyata keçirmək istəyir, sülh sazişinin imzalanmamasının səbəbi də budur. Sazişin mətni ilə bağlı Azərbaycanın göndərdiyi yeni təkliflərə cavab verməyə də tələsmir”.

Qafar Çaxmaqlı hesab edir ki, Ermənistan baş nazirinin bu mövqeyi qarşıdakı görüşlərin ciddi irəliləyişə səbəb olmayacağına işarədir: “Hesab edirəm ki, belə “format”lar nəticə almağa hesablanmayıb. Doğrudur, Azərbaycan üçün indiki halda qalıcı sülhə ehtiyac var, amma qarşı tərəf buna getmirsə, edəcək bir şey yoxdur. Azərbaycan çox uğurla başlatdığı işini davam etdirməli və Qarabağın işğaldan azad olunmamış hissəsində öz suverenliyini bərpa etmək tədbirlərini görməlidir. Artıq Ağdamdan Xankəndiyə girilib, davamı gəlməlidir, oradakı separatizmin kökünü qazımaq üçün 9 sentyabr “seçki” oyununun iflası faktından da yararlanmaq lazımdır. Faktiki olaraq ölkədə konstitusiya cinayəti törədilib və dünya da bunu belə qəbul edir. Nəyi gözləyirik? Qoy Nikol münasib ortamı, nəyinsə dəyişəcəyini gözləsin. Bizim gözləməyə vaxtımız yoxdur”.

ELŞAD,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR