İnsanlara hürriyət, millətlərə istiqlal!

Arşavin "Neftçi"nin oyunu haqda - "Azərbaycanlılar daha yaxşı hücum etdilər"

499 26.07.2019 10:54 İdman A A

"Nəticə qanunauyğundur. "Neftçi" matçı daha yaxşı keçirdi, "Arsenal"ın isə oyunu alınmadı".

Qol.az xəbər verir ki, bu sözləri Rusiyanın millisinin sabiq üzvü Andrey Arşavin Avropa Liqasının 2-ci təsnifat mərhələsində keçirilən "Arsenal" (Tula) - "Neftçi" oyunundan (0:1) sonra "Mtç TV" kanalına açıqlamasında deyib.

38 yaşlı veteran hücumçu "Neftçi"nin layiqli qələbə qazandığını bildirib: "Neftçi" Rusiya Premyer Liqasında 6-16-cı yerlər arasında istənilən pillədə qərarlaşa bilər. "Arsenal"ın tam gücünü daha sonra biləcəyik, ancaq ilk növbədə "Neftçi"ni keçmək lazımdır. Azərbaycanlılar daha yaxşı hücum etdilər. Zərbə lazım olanda zərbə vurdular, ötürmə lazım olan epizodlarda ötürmə verdilər. "Arsenal"ın heyətində Kanqvanın oynaması daha yaxşı olardı. Xatırlayıram ki, Azərbaycan millisinə qarşı çıxış etdiyim zaman onlar sərt futbol göstərirdilər".

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR