İnsanlara hürriyət, millətlərə istiqlal!

Arşak Karapetyan: "Paşinyanla uzun müddətdir ki, danışıqlar aparılmır, sadəcə əmr olunur"

920 18.03.2024 13:31 Region A A


"Ermənistan baş naziri ilə çoxdandır ki, müzakirələr aparılmır, ondan sadəcə tələb edirlər".

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu sözlər Ermənistanın keçmiş müdafiə naziri, general-mayor Arşak Karapetyan tərəfindən səslənib.

Karapetyan bununla Paşinyanın son mətbuat konfransını, onun bəzi bəyanatlarını, eləcə də rəsmi İrəvanın bahalı Qərb silahlarını almaq istəyini şərh edib.

“Silahlanmaq əvəzinə ordunu bacarıqla idarə etmək lazım idi. Biz Azərbaycanda 5 milyardlıq silah qoyub getdik. O, hələ də danışıqlar aparmaqdan danışır, halbuki onlar uzun müddət onunla danışıqlar aparmırlar, ancaq tələb edirlər”, - deyə Karapetyan bildirib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR