İnsanlara hürriyət, millətlərə istiqlal!

Armen Qriqoryan: “Sülh müqaviləsinin mətninin üzərində işləyib, Azərbaycana göndərəcəyik”

543 08.12.2022 20:25 Region A A


“Biz sülh müqaviləsi üzərində işi davam etdiririk, Azərbaycan tərəfdən aldığımız mətni öz mülahizələrimizlə Bakıya qaytarmaq və yaxın vaxtlarda görüş təşkil etmək üçün nəzərdən keçiririk”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu dekabrın 8-də parlamentdə jurnalistlərlə söhbətində Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib.

Ermənistan Təhlükəsizlik Şurasının katibi ilin sonuna qədər sülh sazişinin bağlana biləcəyi ilə bağlı söhbətlərin niyə reallığa çevrilmədiyi barədə suala bu cavabı verib: “Biz demişdik ki, ilin sonuna qədər sülh sazişinin əldə olunması üçün hər cür səy göstərəcəyik. İndi ilin sonuncu ayında bütün bunların nəticə verəcəyini söyləmək çətindir. Amma gələn il də bu istiqamətdə işimizi davam etdirəcəyik. Biz mətn üzərində işləməyə davam edirik və tezliklə onun redaktə olunmuş variantı Azərbaycana təhvil veriləcək”.

Qriqoryan “Bakının yeni təkliflərinin nədən ibarət olduğu”  barədə sualı müəmmalı cavablandırıb: “İş belə aparılır: Azərbaycan Ermənistana sülh müqaviləsinin ilkin mətnini təqdim edib, yəni 5 bənd burada açıqdır. Erməni tərəfi bu mətn üzərində işləyərək Azərbaycana öz cavabını verib və Vaşinqtonda görüş keçirilib. Vaşinqtondakı müzakirələrdən sonra Azərbaycan mətnin yenidən işlənmiş variantını Ermənistana ötən ayın sonu və ya bu ayın əvvəlində təqdim edib. Ermənistan indi bunun üzərində işləyir və bu mətnə öz dəyişiklik və əlavələrini edir. Tezliklə Azərbaycana onları göndərəcəyik”.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR