İnsanlara hürriyət, millətlərə istiqlal!

Argentina Prezidenti süni intellektin köməyi ilə islahatları aparacaq

371 05.06.2024 03:19 Dünya A A

Argentina Prezidenti Xavyer Miley dövlət idarəçiliyində islahatlar aparmaq üçün süni intellektdən istifadə etmək istədiyini bəyan edib.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bunu ölkə başçısı jurnalistlərə açıqlamasında deyib.

“Biz “google”dan olan insanlarla danışdıq, onların hökumət islahatları üçün modulu var, amma biz buna süni intellektin köməyi ilə keçəcəyik”, - Miley bildirib.

Bundan əvvəl Argentina Prezidenti “Google”, “Apple”, “Meta” və “OpenAI” şirkətlərinin rəhbərliyi ilə görüşmək üçün ABŞ-yə səfər edib. O, həmçinin süni intellekt sahəsində çalışan 30 şirkətin nümayəndələri ilə investisiyaları müzakirə edib.

2023-cü ilin dekabrın 10-da prezident postunu tutan Miley ilk çıxışında ölkədəki vəziyyəti kritik adlandırıb və iqtisadiyyatda şok tədbirlərinin görülməsinin vacibliyini bəyan edib. Siyasətçi dövlətin iqtisadiyyata minimal müdaxiləsini və onun dollarlaşmasını, inflyasiyanın qarşısını almaq üçün Argentina Mərkəzi Bankının ləğvini və bütün dövlət şirkətlərinin özəlləşdirilməsini önə çəkir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR