İnsanlara hürriyət, millətlərə istiqlal!

Araz Ağalarov "Krokus"da mühafizənin zəifliyi ilə bağlı ittihamlara cavab verib

1375 24.03.2024 15:57 Dünya A A

“Crocus City Hall”un sahibi Araz Ağalarov təhlükəsizlik qüvvələrinin martın 22-də konsert salonuna silahla basqın edən terrorçulardan insanları niyə qoruya bilmədiyini açıqlayıb.

Musavat.com xəbər verir ki, sahibkarın sözlərini RBC sitat gətirir.

Bundan əvvəl prodüser Yana Rudkovskaya “Krokus” təhlükəsizlik xidmətinin işçilərinin insanları qoruya bilməməsinə görə tənqidi fikirlər səsləndirmişdi.

Araz Ağalarov izah edib ki, heç bir təhlükəsizlik xidməti avtomatla silahlanmış terrorçulara müqavimət göstərə bilməz.

“Krokus”un sahibinin oğlu, müğənni və iş adamı Emin Ağalarov mühafizəçilərin kompleksdəki insanları xilas etmək üçün əlindən gələni etdiyini vurğulayıb.

Onu da qeyd edək ki, terrorçular ilk olaraq məhz dəyənək və elektroşokerdən başqa silahı olmayan mühafizəçiləri qətlə yetiriblər.

Sağ qalan mühafizəçi Aleksey bildirib ki, terrorçular çox peşəkarcasına hərəkət ediblər, əvvəlcədən aydın şəkildə hazırlaşıblar. Silahlılar izdihamı atəşə tutmağa başlamazdan əvvəl zala maksimum sayda insanın daxil olmasını gözləyiblər.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR