İnsanlara hürriyət, millətlərə istiqlal!

Aram Qabrelyanov: “Ermənistanda “yeni Njde” yetişir”

2221 06.03.2021 15:15 Son xəbər A A

İrəvandakı qiyamçı vətənpərvərlərə tezliklə “yeni Njde” başçılıq edəcək. Azvision.az xəbər verir ki, bunu erməni əsilli rusiyalı jurnalist Aram Qabrelyanov “Facebook” səhifəsində yazıb.

O hesab edir ki, Ermənistanın paytaxt İrəvanda daha iki-üç mitinq keçirilsə, qiyamçı vətənpərvərlərə “yeni Njde” başçılıq edəcək:

“Svil müxalifətin vəziyyəti dinc yolla idarə etməsi üçün o qədər də çox vaxt qalmayıb. Ermənistan hakimiyyətində türklərə qarşı yeni əksinqilabçılar arasında artıq “yeni Njde” yetişməkdədir. O gələndə bütün satqınların işi şuluq olacaq. O gələndə Vətənin bütün vətənpərvər övladları xoşbəxt olacaq”, - deyə Qabrelyanov bildirib.

Qeyd edək ki, II dünya müharibəsi illərində Hitler Almaniyası ilə əməkdaşlıq etmiş erməni əsilli faşist Qaregin Njde Ermənistanda faşizmin "qəhrəmanlıq" simvolu hesab olunur.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR