İnsanlara hürriyət, millətlərə istiqlal!

Aram Manukyan: Paşinyan avantüriat siyasət yürüdür

319 25.07.2024 19:15 Region A A

Paşinyan iqtidarının avantürizmi Ermənistan üçün ekzistensial təhlükələrin artmasına səbəb olur.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu Ermənistan Milli Konqresi partiyasının sədr müavini Aram Manukyan deyib.

Onun sözlərinə görə, hazırda Cənubi Qafqaz regionunda nüfuz yaratmaq uğrunda mübarizə gedir. Bu mübarizədə hansı güc mərkəzinin vasitəçiliyi ilə sülh bağlanacaqsa regionda söz sahibi o olacaq.

“Vaşinqtonda danışıqlar heç bir nəticə vermədi, Londonda danışıqlar pozuldu. İndi sülhə nail olmaq üçün öz prosesini başlatmağa çalışmaq növbəsi Rusiyanındır. Rusiyanın bir məqsədi var - regionda öz təsirini saxlamaq”, - deyə, o qeyd edib.

EMK sədrinin müavininin sözlərinə görə, Ermənistanla Rusiya arasında münasibətlərin korlanmasında hər iki tərəf günahkardır. Paşinyanın məsələyə çox primitiv yanaşması var: onlara elə gəlir ki, Rusiyanı nə qədər çox qınayırlarsa, Qərb də bunu daha çox bəyənəcək. Bu arada həmin ABŞ Rusiya ilə iqtisadi və müdafiə sahəsində əməkdaşlığın pozulmasının Ermənistan üçün fəlakətlə nəticələnəcəyini bəyan edir. ABŞ, Fransa və bütövlükdə Avropa Ermənistanın təhlükəsizliyini təmin edə bilməyəcəklərini dəfələrlə açıqlayıblar. Onlar Ermənistanın bu gün içində olduğu təhlükəsizlik sisteminin dəyişdirilməsinin qeyri-mümkün olduğunu bəyan edirlər”, - deyə, Manukyan əlavə edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR