İnsanlara hürriyət, millətlərə istiqlal!

Araik Arutyunyanın “baş müşaviri” tutulub

2594 30.08.2022 15:14 Region A A

Qarabağda rus sülhməramlılarının nəzarət etdiyi bölgədə qeyri-qanuni fəaliyyət göstərən qondarma rejimin “Müdafiə Ordusu”nun keçmiş komandanı, Araik Arutunyanın baş müşaviri Mikayel Arzumanyan Ermənistanda saxlanılıb.

Musavat.com xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.

Lakin “politik.am” saytı Arzumanyanın Qarabağdan İrəvana gələrkən həbs olunduğunu xəbər verib. Həbsin Ermənistanın İstintaq komitəsi tərəfindən həyata keçirildiyi bildirilir.

Mikael Arzumanyan 1991-1992-ci illərdə Qarabağ müharibəsi zamanı Aşot Qulyanın taborunda könüllü olub. O, Füzuli, Mardakert, Əsgəran, Kəlbəcər uğrunda gedən döyüşlərdə iştirak edib. 1992-1995-ci illərdə Arzumanyan bölük komandirinin müavini, tabor komandiri, alay komandiri olub. 1995-1999-cu illərdə Arzumanyan əlahiddə kəşfiyyat batalyonuna komandirlik edib.

Mikael Arzumanyan 24 iyun 2019-cu ildə oqondarma “DQR müdafiə ordusu” komandanının müavini təyin edilib, bir il sonra isə o, bu vəzifədən azad edilib.

2020-ci il oktyabrın 27-də qondarma “DQR” “prezidenti” Arayik Arutyunyan Arzumanyanı “DQR”-in “müdafiə naziri” - ordu komandanı təyin edib. Onun bu vəzifəyə təyin olunması ikinci Qarabağ müharibəsi zamanı sələfi Cəlal Arutyunyanın yaralanması ilə əlaqədar olub. Bu təyantla bərabər, Arzumanyana “general-leytenant” rütbəsi də verilib.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR