İnsanlara hürriyət, millətlərə istiqlal!

Aptekə basqın edən qadına 8 il hökm oxundu

571 10.09.2018 17:54 Kriminal A A

Bıçaqla aptekə basqın edən qadın hakim qarşısına çıxarılıb.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluq etməkdə təqsirli bilinən 1984-cü il təvəllüdlü Aygün Əliyevanın cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən məhkəmə iclasında hökm oxunub.

Hökmə əsasən A.Əliyeva 8 il müddətinə azadlıqdan məhrum edilib.

Hadisə bu ilin mart ayının 10-da Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisində baş verib.

Qeyd edilən ərazidə yerləşən aptekə gələn Bakı şəhər sakini Aygün Əliyeva orada işləyən qəsəbə sakini Xəyalə Nəcəfovanı bıçaqla hədələyib, kassadan 165 manat pulu aparıb.

6-cı polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Aygün Əliyeva saxlanılıb.

İstintaq araşdırması zamanı məlum olub ki, Aygün Əliyeva daha əvvəl də məhkumluq həyatı yaşayıb.

Aygün Əliyeva Cinayət Məcəlləsinin 181.2.5-ci (silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə quldurluq törətmək) maddəsi ilə ittiham edilir.

İlkin Muradov
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR