İnsanlara hürriyət, millətlərə istiqlal!

"Aprelin 23-də səhər saatlarında..." - 56 yaşlı Məleykə Əsədova

48484 23.04.2023 21:27 Şou-biznes A A

Xalq artisti Məleykə Əsədovanın 56 yaşı tamam olur.

Musavat.com xəbər verir ki, aktrisa bununla bağlı paylaşım edərək xatirələrini bölüşüb:

"Ömrünü səhnəyə həsr edən səhnənin Məleykəsi!!! 56 yaş tamam olur... Fəxr edirəm yaşımla, Allahın mənə bəxş etdiyi 56 illik ömrümə, aldığım nəfəsimə, atdığım hər addıma, Azərbaycan torpağında doğulduğuma görə, mərd, əqidəli atanın, gözəl ananın övladı olduğuma görə şükür edirəm. Bahar fəslinin yağışlı bir günündə - aprelin 23-də səhər saatlarında dünyaya göz açmışam. Ömrümün 34 ilini səhnəmə həsr etmişəm. Arzularım çoxdur, inşallah, Allah izn versə, arzularımın hamısına çataram. Çox sağ olun, məni sevən, 34 ildir səhnədə alqışlayan, sevimli tamaşaçılarım. Sizin alqışlarınız olmasaydı, Məleykə Əsədova da olmazdı. Mənə bu istedadı verən Allahıma sonsuz şükürlər olsun".

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR