İnsanlara hürriyət, millətlərə istiqlal!

APOEL-in kapitanı: “Qarabağ” çox yaxşı komandadır”

420 08.11.2019 17:43 İdman A A

“İkinci hissəni çox yaxşı keçirdik. Uşaqları təbrik edirəm, oyunun növbəti mərhələyə keçmək baxımından nə qədər əhəmiyyətli olduğunu bilirdik. Ancaq hələ heç nə bitməyib”.

“Report”un məlumatına görə, bunu Kiprin APOEL komandasının kapitanı Nikolas İoannu UEFA Avropa Liqasının qrup mərhələsinin IV turunda evdə “Qarabağ”ı 2:1 hesabı ilə məğlub etdikləri oyundan sonra söyləyib.

24 yaşlı kiprli müdafiəçi əsas hədəflərinin Lüksemburqda “Düdelanj”ı məğlub etmək olduğunu bildirib: “Qarabağ” çox yaxşı komandadır, işimizi çətinləşdirirdilər. Bu rəqiblər cari avrokubok mövsümündə keçirdiyimiz 4 oyunun hamısında şanlar 50/50 idi. Ancaq biz qələbəyə və növbəti raunda vəsiqəyə layiq olduğumuzu göstərdik. “Düdelanj” Avropa Liqasında təsadüfən olmadığını göstərib. Bu rəqibə səfərdə qalib gəlmək üçün tam şəkildə köklənməliyik”.

Qeyd edək ki, 12 xalla A qrupunun lideri olan İspaniyanın “Sevilya” komandası 1/16 finala vəsiqəni erkən təmin edib. APOEL və “Qarabağ” 4 xalla növbəti iki pilləni bölüşürlər. Son sıradakı Lüksemburq “Düdelanj”ının 3 xalı var.

“Qarabağ” noybarın 28-də “Sevilya”nın qonağı olacaq. Dekabrın 12-də isə “Düdelanj”ı qəbul edəcək.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR