İnsanlara hürriyət, millətlərə istiqlal!

Antalyada 5,3 ballıq zəlzələ oldu

1108 12.09.2018 10:30 Son xəbər A A

Dünəndən etibarən Türkiyənin turizm bölgəsi Antalyada baş verən zəlzələnin yeraltı təkanları səngimir.

Musavat.com-un hazırda həmin bölgədə olan əməkdaşının verdiyi xəbərə görə, bu gün səhər saatlarında yenidən yeraltı təkanlar baş verib. 

Onun sözlərinə görə, qapalı məkanlarda olanlar masaların oynamasından, üstündəki qab-qacağın tərpənməsindən qorxuya düşüblər. 

Tələfat və dağıntı olmasa da, turistlər arasında panika havası hökm sürür. 

Zəlzələnin yer təkinin 13,2 km dərinliyində olduğu və təkanın Rixter cədvəli üzrə 5,3 şiddətdə baş verdiyi bildirilir.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR