İnsanlara hürriyət, millətlərə istiqlal!

Antaliyada nişanlı cütlük qonşuları tərəfindən vəhşicəsinə döyüldü - VİDEO

1129 25.07.2019 18:29 Hadisə A A

Antaliyada bir nişanlı cütlük hovuz kənarında döyülüb.

Musavat.com xəbər verir ki, hadisinənin görüntüləri həmin ərazinin müşahidə kameralarına düşüb.

Məlumata görə gənc cütlük 10 nəfərlik bir ailə tərəfindən döyülüb. Hadisə nəticəsində döyülən qadının (Hatice.D) halı pisləşərək ürəyi gedib. Osman Erdoğan adlı kişi ürəyi gedən nişanlısını qəzəbli ailədən qorumağa çalışıb. Sözügedən hadisə iyul ayının 14-də baş verib.

Hadisəyə səbəb döyülən qadının balaca uşağa təpik vurması olub. Hatice adlı qadın təpik vurduğu uşağın anası tərəfindən hovuz kənarına çağırılaraq orada döyülüb. Uşağın anası özü ilə başqa 3 qadın da gətirib. Hadisə böyüdükdən sonra təpiklə vurulan uşağın digər ailə üzvləri də oraya gəlib. Ərazidə yaşayan digər sakinlərin polisə xəbər verməsi nəticəsində tərəfləri sakitləşdimək mümkün olub. Polislər döyülən qadını və onun nişanlısını xəstəxanaya çatdırıb.

Xəstəxanada ayılan gənc qadın polis əməkdaşlarına uşağı təpikləmədiyini deyib. Hazırda faktla bağlı araşdırma aparılır.

Turan Oruc
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR