İnsanlara hürriyət, millətlərə istiqlal!

Ançelotti ikiüzlüdürmü? - Hazarddan cavab

779 23.09.2022 09:55 İdman A A

Belçika millisinin kapitanı Eden Hazard “Real”da ehtiyatda qalmasını şərh edib.

Qol.az xəbər verir ki, o, dünən Millətlər Liqasında Uels üzərində qələbədən (2:1) sonra jurnalistlərə verdiyi açıqlamada Madrid klubunda çox oynamamasından məyus olduğunu bildirib:

“Mən sadəcə oynamaq istəyirəm. Meydana nadir hallarda çıxdığım üçün çətin anlar yaşadım. Bununla belə, əlimdən gələni edirəm. Çünki oynamaq istəyirəm. Bu, çətin vəziyyətdir. Komandaya daha çox fayda verə biləcəyimi düşünarəm. Amma bunun üçün daha çox oynamalıyam. Sürəti artıraraq, ən yüksək səviyyəyə qayıtmaq istəyirəm”.

Jurnalistlərdən biri futbolçuya belə bir sual verib: “Real”ın baş məşqçisi Karlo Ançelotti sənə inandığını desə də, ehtiyatda saxlayır. Səncə, Ançelotti ikiüzlüdürmü?”

Buna cavab olaraq Hazard deyib: “Bu sualı ona verməlisən. Gördüyünüz zaman ondan soruşun”.

Sentyabrın 6-da Hazard Çempionlar Liqasında Şotlandiya “Seltik”i ilə rəsmi oyunda yanvardan bəri ilk dəfə “Real”ın heyətində qol vurub. Bu mövsüm Eden iki dəfə əsas heyətdə, iki dəfə sonradan meydana çıxıb. Daha 5 matçda isə o, axıradək ehtiyatda oturub.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR