İnsanlara hürriyət, millətlərə istiqlal!

Ançelotti Ardanın üzərindən xətt çəkib? - Gözlənilməz həmlə

933 05.02.2024 14:54 İdman A A

"Real Madrid"in futbolçusu Arda Gülerin başqa kluba icarəyə verilə biləcəyi ilə bağlı iddiaların ortaya atıldığı bir vaxtda, klubda maraqlı hadisə baş verib.

Baş məşqçi Karlo Ançelottinin Luka Modriçin müqaviləsinin artırılması barədə rəhbərliyə təlimat verdiyi bildirilir. “The Athletic”in məlumatına görə, Modriçin müqaviləsi mövsümün sonundan başa çatsa da, Ançelotti onun klubda qalmasını irəli sürüb. Luka Modriçin mövsümün sonunda klubu ilə müqaviləsini yeniləyəcəyi halda Ardanın müntəzəm oynaya bilməyəcəyi hesab edilir.

Qeyd edək ki, Arda Gülerin Luka Modriçin əvəzinə transfer edildiyi barədə xəbərlər dərc edilmişdi./Metbuat.az

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR