İnsanlara hürriyət, millətlərə istiqlal!

Anasını zorlayan kişini bıçaqlayıb öldürdü - “Ağsaqqallar barışıdırdı, mən isə bağışlamadım”

2972 21.12.2019 19:51 Dünya A A

Britaniyanın “Daily Mirror” qəzeti yazır ki, 18 yaşlı gənc 6 il öncə anasını zorlamış 49 yaşlı Yasin Fadillanı küçənin ortasında bıçaqlayaraq öldürüb. 18 yaşlı Maulud Riyanto İndoneziyanın Şərqi Java əyalətinin cənubundakı Pasuran şəhərində bu cinayəti törətməmişdən bir ay əvvəl gələcək qurbanını izləməyə başlayıb.

Yerli mediaya xəbər verir ki, Yasin Fadilla qonşunun evinə baş çəkmək üçün motosikletə minir və mənzil başına çatarkən qəfil hücuma məruz qalır. O, aldığı xəsarətlərdən xəstəxanada canını tapşırır.

Yeniyetmə məhkəmədə deyib ki, Fadilla altı il əvvəl anasına təcavüz edərkən o, orta məktəbdə oxuyurmuş.

O vaxt ağsaqqallar zorlama olayına müdaxilə etdi və problem müəyyən mənada həll olundu. Ancaq 12 yaşlı uşaq anasını zorlayan kişini bağışlamaq fikrində deyildi.

Maulud Riyanto qətli törətdikdən sonra Kendiri şəhərinə qaçmaq istəyərkən tutulub.

Britaniya nəşri yazır ki, İndoneziyada qan düşmənçiliyi daim intiqamla müşahidə olunur. Bəzən isə buradakı insanların intiqam hissi xeyli fərli formada üzə çıxır. Məsələn, keçən il bıçaq, çəkic və yabalarla silahlanmış bir qrup kəndli heyvandarlıq fermasına hücum edib. Çünki həmin fermada işləyən həmkəndliləri timsah tərəfindən yeyilibmiş. Bir insanın ölümünə görə kəndlilər fermada saxlanılan 292 timsahın hamısını öldürüblər.

Elbəyi Həsənli, Sürix
Musavat.com
https://www.mirror.co.uk/news/world-news/teen-spies-man-who-raped-21136266

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR