İnsanlara hürriyət, millətlərə istiqlal!

Analitik: "Moskva postsovet məkanında nüfuzunu itirir"

895 15.02.2019 15:30 Son xəbər A A

Rusiya prezidenti Vladimir Putin ölkənin keçmiş qüdrətini geri qayrarmaq istəyir, lakin keçmiş sovet respublikaları Qərb və Şərq arasında asılı vəziyyətdə qala bilərlər.

Bu sözlər “Bloomberg Businessweek” saytının icmalçısı Mark Çempionun yazısında yer alıb.

Müəllif Rusiyanın öz qonşularını mümkün olan bütün vasitələrlə məcbur və ya cəzb etməyə çalışdığını bildirir. Burada təbii qazla bağlı subsidiyaların verilməsindən, strateji infrastruktur obyektlərinin alınmasından tutmuş, seçkilərə qeyri-qanuni müdaxilə və hətta hərbi güc tətbiq etməyə qədər hər metod daxildir. Lakin nəticələr istənilən kimi deyil. Çünki postsovet ölkələrinin bir qismi Avrasiya İttifaqına qoşulsa da, digərləri NATO və Avropa Birliyinə birləşiblər.

Rusiyalı analitik Fyodor Lukyanovun dediyi kimi, Moskva belə artıq qonşularına vahid məkan kimi baxmağı tərgidib. “Litva, Ermənistan və Özbəkistan bir-birindən tamamilə fərqlənir və Kreml onların hər birinə ayrı-ayrı yanaşır”,-deyə müəllif F.Lukyanovdan sitat gətirib.

Mark Çempion Avrasiya İqtisadi İttifaqında olan ölkələr üçün nəticələrin gözlənildiyindən pis olduğunu qeyd edir. Burada əsasən Rusiya valyutasının və iqtisadiyyatının düşüşü, Qərbin sanksiyaları və təşkilatı ayaqda tutan neftin qiymətlərinin aşağı enməsinin rolu böyükdür.

Bundan başqa, 2017-ci ildə Rusiyanın postsovet məkanında başlıca ixracatçısı sadəcə bir dövlət - Belarus sayılır. İxracatın (əsasən də enerji daşıyıcıları) böyük bölümü ya Çinə, ya da Avropa Birliyinə aiddir.

Karnegi fondunun analitiki Tomas de Vaalın sözlərinə görə, Moskvanın artıq keçmiş Sovet İttifaqı ərazisində təsiri itir. Multi qütblü dünyanın yaranması Gürcüstan, Moldova, habelə Mərkəzi Asiya ölkələrinə Kremllə balans siyasəti yürütməyə imkan verir. Onların iqtisadiyyatı isə Türkiyə və Çin tərəfindən ələ keçirilir. Bir sıra dövlətlər Rusiyadan asılılığı zəiflətmək üçün öz enerji sistemlərini diversifikasiyalaşdırırlar. Üstəlik, gənclik də əvvəlki kimi rusdilli sayılmır.

“10 il qabaq Kremldə istənilən adam telefonun dəstəyini götürüb həmin ölkələrdəki tanıdığı yüksək vəzifəli şəxslərə zəng edə bilirdi. İndi hətta tam asılı Ermənistanda da belələri mövcud deyil”,-deyə Tomas de Vaal qeyd edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR