İnsanlara hürriyət, millətlərə istiqlal!

Ana həbsdəki oğluna "patı" keçirmək istəyərkən tutuldu - FOTO

573 07.04.2023 13:20 Kriminal A A

Bakı istintaq təcridxanası və 7 saylı cəzaçəkmə müəssisəsinə qadağan olunmuş telefon və psixotrop maddə keçirilməsinin qarşısı alınıb.

Penitensiar xidmətdən Musavat.com-a verilən məlumata görə, hazırda Bakı istintaq təcridxanasında saxlanılan Dəyanət Süleymanova qardaşı Tacəddin Süleymanov tərəfindən gətirilmiş sovqata baxış zamanı gödəkçənin içəri cibində gizlədilmiş “Samsung” markalı mobil telefon aparatı aşkar edilib.

7 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Kamran Mirzəzadə ilə qısamüddətli görüşə gəlmiş anası Sevinc Musayevanın üzərinə baxış keçirilən zaman isə gizlətdiyi kağız bükülüdə ümumi çəkisi 0,042 qram psixotrop maddə - metamfetamin aşkar olunub.

Hər iki faktla bağlı araşdırma aparılır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR