İnsanlara hürriyət, millətlərə istiqlal!

Altı uşaq atası deputat Yeni ili “gecə kəpənəkləri” ilə qarşılamağa hazırlaşır

753 30.12.2025 23:07 Dünya A A

Rusiya Dövlət Dumasının deputatı, altı uşaq atası Vitali Milonov Yeni il ərəfəsində artıq “ənənəvi” xarakter alan növbəti reydlərini anons edib. 

2b682159-16e7-4f2d-a967-1d62d6ed9a19.jpg (91 KB)

Musavat.com xəbər verir ki, deputat bu dəfə də fahişəxanalar, qeyri-qanuni fəaliyyət göstərən obyektlər və “qanunsuz məkanlar”a qarşı aksiyalar keçirəcəyini bildirib. 

Milonovun sözlərinə görə, o, “sevimli ənənələrini dəyişmək üçün heç bir əsas görmür” və çoxsaylı insanlardan müxtəlif “parollar, ünvanlar və nöqtələr” alır. Deputat qeyd edib ki, bu ünvanlar arasında təkcə fahişələr, transvestitlər və qeyri-leqal şəxslər deyil, eyni zamanda saxta və qanunsuz məhsulların satıldığı yerlər də var. 

98e96f3b-b3b1-455f-b75f-d050442e1d28.jpg (124 KB)

O, yeni ildə “çoxlu maraqlı reydlərin”, “qanun pozanların göz yaşlarının” və “dürüst rus insanların üzündə təbəssümün” olacağına ümid etdiyini də vurğulayıb.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR