Martın 4-dən 10-dək olan müddətdə Azərbaycandan Rusiyaya 3,9 milyon ədəd ərzaqlıq yumurta ixrac olunub.
Musavat.com Rosselxoznadzora istinadən xəbər verir ki, məhsul Yaraq-Kazmalyar keçid məntəqəsi vasitəsilə Rusiyaya daxil olub. Ümumilikdə, martın 11-nə Azərbaycandan Rusiyaya ərzaq yumurtası tədarükü başlayandan indiyədək 20,1 milyon ədəd yumurta idxal edilib.
2024-cü ilin əvvəlindən Belarusdan Rusiyaya yumurta tədarükü 148 milyon ədəd təşkil edib ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 2,7 dəfə çoxdur.
2024-cü ilin əvvəlindən Türkiyədən Rusiyaya 12,3 milyon yumurta ixrac olunub.
Musavat.com
Altı gündə Azərbaycandan Rusiyaya 4 milyona yaxın yumurta ixrac olunub
![](http://cdn.musavat.com/news/thumbnails/d1c284e975d6fbc38b6566939b366a65.jpg)