İnsanlara hürriyət, millətlərə istiqlal!

Alparslan Türkeşin ev-muzeyinin açılışı olacaq - FOTOLAR

1605 20.07.2019 14:58 Son xəbər A A

Xəbər verdiyimiz kimi, Türk dünyasının mənəvi və əfsanə lideri Alparslan Türkeşin Lefkoşadakı doğulduğu və uşaqlığını keçirdiyi ev bərpa olunub.

Bu barədə Musavat.com -a hazırda Şimali Kipr Türk Respublikasında yaşayan, MHP liderinin yaxın mühafizəçilərindən biri olmuş, liderin evinin bərpası və muzeyə çevrilməsi üçün Türkiyə rəhbərliyi qarşında məsələ qaldırmış və təşəbbüsünə müsbət cavab almış Naim Aydoğdu məlumat verib.

Qəzetimizin dostu Naim Aydoğdu bildirib ki, Türkeşin uzun müddət dağınıq halda olan ev muzeyi Türkiyə prezidenti Tayyib Ərdoğanın dəstəyi ilə bərpa edilib. Ev-muzeyinin açılış mərasimi iyulun 21-də baş tutacaq.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR