İnsanlara hürriyət, millətlərə istiqlal!

Almaniyanın müdafiə naziri: “Putin NATO ilə döyüşmək niyyətində deyil”

365 23.12.2025 12:41 Dünya A A

Almaniyanın müdafiə naziri Boris Pistorius mövqeyini dəyişib və artıq Rusiya ilə NATO arasında əvvəllər 2026-2029-cu illər üçün proqnozlaşdırdığı müharibəyə inanmır.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, Almaniyanın “Die Zeit” nəşrinə verdiyi müsahibədə Pistoriusdan NATO-nun yeni baş katibi Mark Ruttenin son açıqlamasına münasibət bildirməsi istənilib. Rutte alyansı ötən əsrin iki dünya müharibəsi ilə müqayisə edilə bilən miqyaslı münaqişəyə hazır olmağa çağırıb. Buna cavab olaraq Almaniyanın müdafiə naziri bu perspektivə şübhə ilə yanaşdığını bildirib.

Bəlkə də o, baş verə biləcək hadisələri çox aydın şəkildə təsvir etmək istəyib. "Mən belə bir ssenariyə inanmıram. Mənim fikrimcə, Putin NATO-ya qarşı tammiqyaslı dünya müharibəsi aparmaq niyyətində deyil", - deyə Pistorius bildirib.

Qeyd edək ki, cəmi bir ay əvvəl nazir əks fikirdə idi. O zaman o, Rusiyadan gözlənilən mümkün təhlükə barədə açıq danışıb və hətta münaqişənin 2026-2029-cu illər arasında başlaya biləcəyini deyərək, konkret bir müddət göstərib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR