İnsanlara hürriyət, millətlərə istiqlal!

Almaniyadan Ukraynaya təcili yardım: 100 milyon avroluq paketə nələr daxildir?

447 15.02.2024 23:00 Dünya A A

Bundesverin (Almaniya Silahlı Qüvvələri) baş müfəttişi Karsten Breuer keçən həftə Kiyevə səfəri zamanı Ukrayna Silahlı Qüvvələrinin (AFU) yeni baş komandanı Aleksandr Sırskiyə 100 milyon avrodan artıq dəyərində qısamüddətli hərbi dəstək vəd edib.

Musavat.com xəbər verir ki, bu barədə Almaniyanın müdafiə naziri Boris Pistorius məlumat verib.

Breuerin Ukraynaya səfəri zamanı Sırski ilə görüşdüyü bildirilir.

Pistorius vurğulayıb ki, Bundesver baş müfəttişi “ukraynalı həmkarına 100 milyon avrodan çox dəyərində qısamüddətli dəstək vəd edə bilib”.

Yardım paketinə minalardan müdafiə sahəsində gücləndirilmiş zirehli maşınlar, kiçik dronlar üçün bombalar, 77 MULTI 1A1 yük maşını, tibbi ləvazimatlar, həmçinin müxtəlif silah sistemləri üçün ehtiyat hissələri dəstləri daxildir.

Fevralın 14-də Brüsseldə Kiyevə hərbi yardım üzrə təmas qrupunun növbəti iclasına (Ramşteyn formatı) gəldikdə, Almaniyanın müdafiə naziri bildirib ki, bu il Ukraynaya əvvəlkindən 3-4 dəfə çox artilleriya mərmisi ötürüləcək. Onun sözlərinə görə, Almaniya büdcəsində 2024-cü ildə sursat istehsalı üçün 3,5 milyard avro nəzərdə tutulub. Onun sözlərinə görə, Ukraynadakı münaqişə həm də “yığım konveyerlərində” həll ediləcək.
2022-ci ilin fevralından bəri Almaniyadan Ukraynaya humanitar, maliyyə və hərbi yardımın ümumi məbləği 27 milyard avronu ötüb. Bu il Almaniya Kiyevi silah təchizatı ilə dəstəkləmək üçün 7 milyard avrodan çox vəsait ayıracaq.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR