İnsanlara hürriyət, millətlərə istiqlal!

Almaniyada intihar edən azərbaycanlı qadınla bağlı yenilik var

2671 23.07.2019 18:25 Gündəm A A

İki gün əvvəl Almaniyada dünyasını dəyişmiş azərbaycanlı mühacir,9 yaşlı qız anası Humayıl Məmmədova ilə bağlı yenilik var.

Musavat.com xəbər verir ki, bu barədə Almaniyada yaşayan mühacir Rafiq Təmrazov sosial şəbəkədə məlumat verib.

R.Təmrazovun yazdığına görə, qadının cənazəsi Azərbaycana aparılacaq: “Yaxın qohumları bildirdilər ki, Berlin şəhərində yerləşən bir türk camisi bütün bu işləri həyata keçirəcək və bütün xərclər ailə içi-yəni yaxın qohumlar tərəfindən təmin ediləcək. Proseslə bağlı bütün inzibati məsələlər dünən 22 iyul tarixində həll edilib. Bütün ictimaiyyəti maraqlandıran bir məsələ uşağın gələcəyi isə mərhumənin vəsiyyətinə uyğun həyata keçirilib. Uşaq Almaniyada yaşayan xalasına verilib. Allah bir daha rəhmət eləsin”.

R.Təmrazov sonda bildirib ki, bütün Azərbaycan ictimaiyyəti bu məsələdən danışsa da, nə Almaniyadakı Azərbaycan səfirliyindən, nə də diasporadan bu məsələ ilə əlaqədar hər hansı səs-soraq var.

Sevinc
Musavat.com

Almaniyada intihar edən Humay Məmmədovanın FOTOLARI

Almaniyada intihar edən Humay Məmmədovanın FOTOLARI

Almaniyada intihar edən Humay Məmmədovanın FOTOLARI

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR