İnsanlara hürriyət, millətlərə istiqlal!

Almaniya, Fransa və Polşa Berlində Ukraynanı müzakirə edəcəklər

308 13.03.2024 11:07 Dünya A A

Fransa prezidenti Emmanuel Makron, Polşanın baş naziri Donald Tusk və Almaniya kansleri Olaf Şolts Ukraynadakı vəziyyəti müzakirə etmək üçün martın 15-də Berlində görüşəcəklər.

Musavat.com xəbər verir ki, bu məlumatı “Politico” yayıb.

Nəşr öz mənbələrinə istinadla xəbər verir ki, Makron və Şolts günortadan sonra ikitərəfli görüş keçirəcək, Tusk isə daha sonra onlara qoşulacaq. Nəşrin məlumatına görə, görüşün məqsədi fikir ayrılıqları barədə məlumatların yaranması fonunda Ukrayna məsələsi ilə bağlı üç dövlətin liderlərinin birliyini nümayiş etdirməkdir.

Bundan əvvəl media Fransa prezidenti ilə Almaniya kansleri arasında Ukraynaya dəstək mövzusunda fikir ayrılığının açıq düşmənçiliyə çevrildiyini bildirib. Bildirilib ki, Almaniyanın Ukrayna ordusunu uzaqmənzilli raketlərlə təchiz etməkdə qətiyyətsizliyi səbəbindən Makron Berlinin “tarixi qətiyyətsizliyinə” görə Şoltsu tənqid edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR