İnsanlara hürriyət, millətlərə istiqlal!

Aktrisaya küçədə ŞİLLƏ VURDULAR - "Qonşular onu axtarıb tapdılar"

1283 24.05.2022 14:07 Kriminal A A

Gənc aktrisa Mehin Bayramlı ötən gün küçədə hücuma məruz qalıb.

Musavat.com bildirir ki, bu barədə aktrisanın özü sosial şəbəkədə məlumat yayıb.

Aktrisa bildirib ki, işdən çıxdıqdan sonra təxminən 23:30 radələrində bir kişi ona hücum edib:
"Yolla getdiyim yerdə məhəlləmizdə bir kişi gəlib məndən yapışdı. Onu itələdim və məndən uzaq durmasını istədim, o isə mənə şillə vurdu".

Aktrisa bildirib ki, onun köməyinə məhəllədə olan taksi sürücüsü, anası və qonşuları gəlib:
"Qonşularımız gördülər ki, ağlayıram, həmin kişini axtarmağa başladılar və tapdılar".

Aktrisa qeyd edib ki, hadisə ilə bağlı polisə müraciət edib və həmin şəxsin narkotik istifadəçisi olduğu məlum olub. Mehin Bayramlı daha sonra həmin şəxsin yaxınlarının onlara üzr istəmək üçün gəldiyini, lakin şikayət ərizəsini geri götürməyəcəyini bildirib.

Xalidə Gəray
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR