İnsanlara hürriyət, millətlərə istiqlal!

Aktiv koronavirus xəstələri ictimai yerlərdə saxlanılıb

199 16.11.2021 13:35 Son xəbər A A

Koronavirus infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə Şirvan şəhəri ərazisində gücləndirilmiş nəzarət profilaktiki tədbirlər davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Musavat.com-a verilən məlumata görə, Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən virusun yayılma riskinin yüksək olduğu qapalı məkanlarda – market, mağaza və digər obyektlərdə tibbi maskalardan istifadənin zəruriliyi və sosial məsafənin gözlənilməsi ilə bağlı tövsiyələr verilib.

Vətəndaşlara bir daha izah edilib ki, bu cür tədbirlərin keçirilməsində əsas məqsəd COVID-19 infeksiyasının kütləvi yayılmasının, onun törədə biləcəyi ağır fəsadların qarşısının alınması, əhalinin sağlamlığı naminə sanitariya-gigiyena və sanitar-epidemioloji qaydalarla bağlı məsuliyyət hissinin artırılmasıdır.

Keçirilən tədbirlər zamanı qaydalara əməl etməyən şəxslərə xəbərdarlıq edilməklə qanunamüvafiq tədbirlər görülüb.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR