İnsanlara hürriyət, millətlərə istiqlal!

Aİ missiyası Ermənistan ordusunu “görmədi”

1335 31.03.2024 16:44 Siyasət A A

Avropa İttifaqının Ermənistandakı monitorinq missiyası uzun fasilədən sonra sükutu pozub.

Musavat.com erməni mediasına istinadən bildirir ki, Aİ missiyası Azərbaycanla sərhəddə hər hansı qüvvə və texnikanın yığılmasını qeydə almadığını açıqlayıb.

Missiya X-də öz səhifəsində gün ərzində sərhəddə keşik çəkdiyini, orada sakitlik olduğunu, qeyri-adi proses və ya hərəkətlərin müşahidə olunmadığını bildirir.

Qeyd edək ki, sosial şəbəkədə və müxtəlif media orqanlarında Ermənistanın Azərbaycanla şərti sərhədə ordu cəmləşdirdiyini əks etdirən kadrlar yayıb.

İrəvan bunun təlim və yerdəyişmələr olduğunu iddia etsə də, Aİ ümumiyyətlə qoşun görmədiyini bəyan etməklə “gül vurub”.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR