İnsanlara hürriyət, millətlərə istiqlal!

Ağsuda ağac yaşayış binasının üstünə düşüb

499 21.05.2019 01:27 Kriminal A A

Ölkə ərazisində müşahidə edilən güclü külək Ağsu rayonunda da bəzi fəsadlar törədib.

Rayon Fövqəladə Hallar Komissiyasından Trend-ə verilən məlumata görə, külək rayon ərazisində iri gövdəli ağacı yaşayış binasının üstünə aşırıb. Hadisə nəticəsində binanın dam örtüyünə ziyan dəyib. Rayon ərazisində bir neçə köhnə tikili olan fərdi yaşayış evlərinin dam örtüyünə də qismən ziyan vurub:

"Hadisə nəticəsində bir neçə kəndin elektrik enerjisi xətlərində qırılmalar olduğundan elektrik enerjisində fasilələr yaranmışdı. Artıq "Azərişıq" ASC-nin canlı qüvvə və texnikaları həmin ərazilərdə yaranmış problemi aradan qaldırıb və bütün yaşayış məntəqələrinə elektrik enerjisinin verilişi bərpa olunub".

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR