İnsanlara hürriyət, millətlərə istiqlal!

Ağsuda ağac kəsən şəxs cəzalandırılıb

508 16.11.2019 20:10 Ölkə A A

Ağsu şəhərində ağacların kəsilməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (ETSN) daxil olan şikayət Nazirliyin yerli ekologiya idarəsinin əməkdaşları tərəfindən araşdırılıb.

Bu barədə Musavat.com-a ETSN-in Mətbuat Xidmətindən məlumat verilib.

Araşdırma zamanı şəhərin Molla Vəli Vidadi küçəsində 6 söyüd ağacının icazəsiz kəsildiyi aşkar edilib. Ağacların Ağsu "Yaşıllaşdırma və Abadlaşdırma" MMC-nin rəisi Namiq Mürsəlovun göstərişi ilə kəsildiyi və təbiətə 1360 manat məbləğində ziyan dəydiyi müəyyən olunub.

Faktla bağlı akt tərtib edilib.

Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış sənədlər qanunamüvafiq tədbirlərin görülməsi üçün Ağsu Şəhər Prokurorluğuna göndərilib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR