İnsanlara hürriyət, millətlərə istiqlal!

Ağıllı sürücü gənc qızı intihar etməyə qoymadı 

960 21.12.2019 19:13 Dünya A A

Körpünün altında dayanan yük maşını faciənin qarşısını aldı

Britaniyanın “Daily Mirror” qəzeti Dublin şosesində baş verən və insanları gərginlik içində saxlayan bir olaydan söhbət açıb. Hadisə isə belə baş verib. Şose yolu üzərindəki körpüyə qalxan gənc qız özünü oradan aşağı atmaq istəyib. Şose yolunda isə avtomobillər yüksək sürətlə hərəkət edir. Real ölümlə üz-üzə qalan qızın istəyi baş tutmayıb.

Belə ki, körpüdən özünü atmaq istəyən qızı görən yük maşını sürücüsü prosesi dayandırmaq üçün düşünülmüş addım atıb və yük maşınını körpünün altında saxlayıb. Beləliklə də qızın intihar istəyinin qarşısı alınıb.

Bu olayı əks etdirən foto hazırda Britaniyada geniş müzakirə olunur. Sadə insanlar əmindirlər ki, sürücü əsl qəhrəmandır. O, öz ağıllı hərəkəti ilə gənc qızın intihar etmək istəyinin qarşısını məharətlə ala bilib.

Qəzet şəxsiyyəti bilinməyən yük maşını sürücüsünün kimi xilas etdiyi barədə də konkret bir söz demir.

İnanılmaz mənzərənin fotosunu çəkən Keyt Dunne “The İrish Mirror” qəzetinə belə deyib: "Gənc qız bu gün ölməyə hazırlaşmışdı, ancaq körpünün altında yük maşınının dayanması bütün planları alt-üst etdi”.

Britaniya sakinləri deyir ki, sürücü çevik və ağıllı qərar qəbul edib. Ona görə də o, bütün təriflərə layiqdir. İnsanlar ona da inanırlar ki, intihara cəhd edən gənc qız bundan sonra həyata daha ciddi münasibət sərgiləyəcək.

Sakinlərdənbiri isə belə deyib: ”Əhsən belə sürücüyə. Onun qarşısında ehtiramla şlyapamı çıxarıram”.

Elbəyi Həsənli, Sürix
Musavat.com
https://www.mirror.co.uk/news/world-news/hero-truck-driver-parks-underneath-21139404

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR