İnsanlara hürriyət, millətlərə istiqlal!

Ağdamın ilk küçə adları - FOTOLAR

1984 22.01.2026 10:51 Ölkə A A

Ağdamda küçələrə ad verilməsinə başlanılıb.

Musavat.com bildirir ki, bu barədə jurnalist Səadət Məmmədova məlumat verib.

O qeyd edib ki, artıq iki küçəyə Pənahəli Xan və İmarət adı verilib.

Məlumata əsasən, Pənahəli Xan küçəsi İmarətin və Çörək Muzeyinin qarşısından, yeni istifadəyə verilən 2-ci Yaşayış məhəlləsinin önündən keçən küçədir.

“Bura sovet vaxtı “Kommunist”, 90-cı illərdə “20 Yanvar” adlanırdı. İmarət küçəsi isə “bizim məhlə”dir. Lövhənin istiqamətindən belə başa düşdüm ki, köhnə S.S. Axundov küçəsi artıq İMARƏT adlandırılıb. Onsuz da bura İmarət məhləsi deyirdilər. Axır ki, rəsmiləşdi! Hər iki ad seçimini, onların məkana tam uyğunluğunu bəyənirəm, dəstəkləyirəm, qərar verənlərə təşəkkür edirəm”, - deyə Səadət Məmmədova qeyd edib.

Nigar Həsənli,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR